11 Ocak 2012 Çarşamba

Şindlerin Siyahısı (Schindler's List)


Film haqqında : İkinci dünya müharibəsi illərində yəhudilərə qarşı yaradılan diskriminasiya mühiti və kütləvi qırğınları bir Alman fabrik sahibinin gözündən bizlərə təsvir edən,onun şəxsində istənilən insanın qarşı qarşıya qaldığı seçim anını tamaşaçılara hiss etdirmək istəyən bu film,1993-cü ildə və şüurlu şəkildə ağ-qara çəkilmişdir.Xüsusilə Ralf Faynsın izləməyə dəyər bir aktyorluq sərgilədiyi qeyd edilməlidir.

10 Ocak 2012 Salı

Trumanın Şousu (The Truman Show)




Film Haqqında : Cim Kerrinin baş rolda möhtəşəm bir aktyorluq sərgilədiyi,1998-ci il istehsalı kinodur.İnsan təbiətindəki azadlıq və gerçəklik hissini heç bir maddi təminatın doyura bilməyəcəyini ən gözəl yolla anladan film,indidən klassiklər arasına girmişdir.

Bir Vaxtlar Amerika (Once upon a time in America)


Film Haqqında : 1984-cü il ABŞ-İtaliya istehsalı filmdir.Robert De Niro,Ceyms Vuds kimi aktyorların yer aldığı kino,20-ci əsrin əvvəllərində Nyu York şəhərinin qaranlıq küçələrini yansıdır.

Quduz itlər (Reservoir dogs)


Film Haqqında : Kventin Tarantinonun yazdığı və rol aldığı ilk filmdir.Kino sənətinə yeni bir baxış gətirən bu film Tarantino stilinin başlanğıc seriyasıdır.1992-ci ildə çəkilmişdir.

Adi Şübhəlilər (The Usual Suspects)


Film Haqqında : Kevin Speysinin yadda qalan aktyorluq sərgilədiyi 1995-ci il tarixli filmdir.Ssenari və ən yaxşı köməkçi aktyor kateqoriyalarında Akademiya mükafatına layiq görülmüşdür.

Vendetta üçün V (V for Vendetta)


Film Haqqında : 2005-ci il ABŞ-Almaniya istehsalı filmdir.Natali Portmanın rol aldığı film,bir İngiltərə distopiyası və xalq mübarizəsini təsvir edir.

Full Metal Jacket


Film Haqqında : Stenli Kubrikin rejissorluğunda 1987-ci ildə lentə alınmışdır.Film, Vyetnam müharibəsi və müharibənin insan psixologiyasına təsirini işləyir.