11 Ocak 2012 Çarşamba

Şindlerin Siyahısı (Schindler's List)


Film haqqında : İkinci dünya müharibəsi illərində yəhudilərə qarşı yaradılan diskriminasiya mühiti və kütləvi qırğınları bir Alman fabrik sahibinin gözündən bizlərə təsvir edən,onun şəxsində istənilən insanın qarşı qarşıya qaldığı seçim anını tamaşaçılara hiss etdirmək istəyən bu film,1993-cü ildə və şüurlu şəkildə ağ-qara çəkilmişdir.Xüsusilə Ralf Faynsın izləməyə dəyər bir aktyorluq sərgilədiyi qeyd edilməlidir.

10 Ocak 2012 Salı

Trumanın Şousu (The Truman Show)




Film Haqqında : Cim Kerrinin baş rolda möhtəşəm bir aktyorluq sərgilədiyi,1998-ci il istehsalı kinodur.İnsan təbiətindəki azadlıq və gerçəklik hissini heç bir maddi təminatın doyura bilməyəcəyini ən gözəl yolla anladan film,indidən klassiklər arasına girmişdir.

Bir Vaxtlar Amerika (Once upon a time in America)


Film Haqqında : 1984-cü il ABŞ-İtaliya istehsalı filmdir.Robert De Niro,Ceyms Vuds kimi aktyorların yer aldığı kino,20-ci əsrin əvvəllərində Nyu York şəhərinin qaranlıq küçələrini yansıdır.

Quduz itlər (Reservoir dogs)


Film Haqqında : Kventin Tarantinonun yazdığı və rol aldığı ilk filmdir.Kino sənətinə yeni bir baxış gətirən bu film Tarantino stilinin başlanğıc seriyasıdır.1992-ci ildə çəkilmişdir.

Adi Şübhəlilər (The Usual Suspects)


Film Haqqında : Kevin Speysinin yadda qalan aktyorluq sərgilədiyi 1995-ci il tarixli filmdir.Ssenari və ən yaxşı köməkçi aktyor kateqoriyalarında Akademiya mükafatına layiq görülmüşdür.

Vendetta üçün V (V for Vendetta)


Film Haqqında : 2005-ci il ABŞ-Almaniya istehsalı filmdir.Natali Portmanın rol aldığı film,bir İngiltərə distopiyası və xalq mübarizəsini təsvir edir.

Full Metal Jacket


Film Haqqında : Stenli Kubrikin rejissorluğunda 1987-ci ildə lentə alınmışdır.Film, Vyetnam müharibəsi və müharibənin insan psixologiyasına təsirini işləyir.

Başqalarının Həyatı (Das Leben Der Anderen)



Film Haqqında : 2006 istehsalı Alman kinosudur.Soyuq Müharibə illərində Şərqi Almaniyada hökm sürən dikta rejmi və başqalarının həyatını güdən bir alman kəşfiyyatçısının seçim qarşısında qalmağını anladan film Alman sinemasının uğurlu işlərindən biridir.

Amerikan Tarixi X (American History X)



Film Haqqında : İrqçilik barəsində indiyə qədərki ən təsirli filmlərdən biri olan Amerikan Tarixi X,1998-ci ildə çəkilmişdir. Edvard Nortonun möhtəşəm aktyorluq sərgilədiyi film bugün də aktuallığını qoruyur.

Forrest Gump


Film Haqqında : 1994-cü ildə çəkilən film 6 kateqoriyada Oskar mükafatı almışdır.Tom Henksin ən uğurlu aktyorluq işlərindən biridir.

Yoldaşlar (Goodfellas)



Film Haqqında : Martin Skorseze tərəfindən 1990-cı ildə çəkilmişdir.Rey Liotta,Robert De Niro,Co Peşi kimi aktyorların oynadığı film,mafiya temalı kinolar arasında ən yaxşılarından hesab olunur.

Ucuz Roman (Pulp Fiction)


Film Haqqında : 1994-cü ildə istedadlı rejissor Tarantino tərəfindən çəkilən son 20 ilin ən yaxşı filmlərindən biridir.Filmdə Con Travolta,Samuel Cekson,Uma Turman kimi oyunçular rol almışdır.

Döyüş Klubu (Fight Club)


Film Haqqında : Çak Palanikin eyni adlı romanı əsasında 1999-cu ildə lentə alınmışdır.Filmdə Edvard Norton və Bred Pitt kimi son dövrün tanınan aktyorları rol almışdır.

Taksi Sürücüsü (Taxi Driver)



Film Haqqında : Martin Skorsezenin rejissorluğunda 1976-cı ildə çəkilmişdir.Baş rolda usta aktyor Robert de Niro oynamaqdadır.Oskar mükafatına 11 kateqoriyada namizəd göstərilən Taksi sürücüsü filmi,çəkilən ən yaxşı kino əsərlərindən biri hesab olunur.

Bir röya üçün ağı (Requiem for a dream)



Film Haqqında : Darren Aronofskinin rejissorluğunda 1978-ci ildə çəkilən bir dram filmidir.Narkotika və oxşar müasir uyuşdurucuların insanlar üzərindəki təsirini və faciəvi sonluğu lentə alır.

Xaç Atası (The Godfather)


Film Haqqında:  Mario Puzonun eyni adlı romanı əsasında 1972-ci ildə çəkilmişdir.Kino tarixinin ən sevilən nümunələri arasına girən Xaç Atası filminin bundan sonra 2 seriyası daha çəkilmişdir.Filmin əsas qəhrəmanlarından biri olan Maykl Karleone  obrazı Al Paçino tərəfindən canlandırılmaqdadır.

Çapıqlı üz (Scarface)


Film haqqında :   Kubadan Amerika Birləşmiş Ştatlarına köç edən Tony Montana (Al Paçino)nın burada illeqal işlərə qarışması və mafiya dünyasında yüksəlişindən bəhs edən film, Al Paçinonun ən gözəl aktyorluq işlərindən biridir.Çapıqlı üz filmi, 1983-cü ildə çəkilmişdir.Kinoya baxmaq üçün bura keçid edin.